Əsas Səhifə > Hadisə > Qubada yol qəzası baş verib, xəsarət alan var
Qubada yol qəzası baş verib, xəsarət alan var6-11-2018, 21:00 |
![]() Quba rayonunda yol qəzası baş verib. Rubrika.Az "Report"un Şimal bürosu-na istinaden verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun rayonun Qam-qam kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı, 38-BC-973 dövlət qeydiyyatı nişanlı avtomobil hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurmaqdan yayınmaq üçün yolun qarşı tərəfinə keçib və "VAZ-21015" markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ-21015" markalı avtomobildə olan, hələlik adı məlum olmayan qadın sərnişin yaralanıb. O, ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |