Əsas Səhifə > Hadisə > Daha bir səudiyyəli jurnalist öldürüldü
Daha bir səudiyyəli jurnalist öldürüldü7-11-2018, 18:15 |
|
Jurnalist və yazıçı Türki ibn Əbdül Əziz əl-Casser Səudiyyə Ərəbistanda işgəncə ilə öldürülüb. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bununla bağlı “New Khaleej” hüquq-mühafizə orqanlarına istinadla məlumat verib. Bildirilib ki, jurnalist Camal Kaşıkçının qətlindən bir ay sonra həbsxanada qətlə yetirilib. Əl-Casser 2017-ci ilin martında “Twitter” hesabındakı paylaşımına görə həbs olunub. O, paylaşımında kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını tənqid etmişdi. O, səudiyyəli casuslar tərəfindən “Twitter”in Dubaydakı ofisində yaxalanmışdı. Rubrika.Az Geri qayıt |