Əsas Səhifə > Hadisə > Şəmkirdə ər arvadına balta ilə xəsarət yetirdi

Şəmkirdə ər arvadına balta ilə xəsarət yetirdi


7-11-2018, 23:45
Şəmkirdə ər arvadına balta ilə xəsarət yetirdi

Şəmkirdə ər həyat yoldaşını baltalayıb. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt