Əsas Səhifə > Hadisə > Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb
Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb8-11-2018, 10:15 |
|
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Faktla bağla araşdırma aparılır. Rubrika.Az Geri qayıt |