Əsas Səhifə > Hadisə > Bakıda İran vətəndaşına qarşı dələduzluq edənə cəza verildi

Bakıda İran vətəndaşına qarşı dələduzluq edənə cəza verildi


8-11-2018, 19:27
Bakıda İran vətəndaşına qarşı dələduzluq edənə cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vahid Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rubrika.Az Oxu.Az -a istinaden xəbər verir ki, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V.Əsgərov Bakıda İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.

O, iş qurmaq adı ilə İran vətəndaşının 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.


Rubrika.Az
Geri qayıt