Əsas Səhifə > Hadisə > İmişlidə qanundan bixəbər olan brakonyer tutuldu – FOTO
İmişlidə qanundan bixəbər olan brakonyer tutuldu – FOTO8-11-2018, 20:14 |
|
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş reydlər nəticəsində İmişli rayonunun Qızılkənd kəndində qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Rubrika.Az xeber verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, rayon sakini Samir Teymurov kustar üsulla hazırlanmış, elektrik cərəyanı buraxılmaqla balıqların məhvi üçün nəzərdə tutulmuş elektrik avadanlığından istifadə etməklə qanunsuz fəaliyyətlə məşğul olarkən yaxalanıb. Ondan balıq məhsulları, ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat götürülüb. İlkin təhqiqat zamanı S. Teymurov göstərilən üsulla balıq ovlamağın qanunsuz olduğunu bilmədiyini vurğulayıb. Hazırda faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq S. Teymurov barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun ciddi tədbir görüləcək. Rubrika.Az Geri qayıt |