Əsas Səhifə > Hadisə > Şirvanda yanan evdə iki azyaşlı öldü
Şirvanda yanan evdə iki azyaşlı öldü8-11-2018, 23:40 |
|
Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Mehmandarov küçəsi, 2 ünvanında, yerli sakin Əbilov Davuda məxsus fərdi yaşayış evində qeydə alınıb. Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib. Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı uşaq - 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |