Əsas Səhifə > Hadisə > Azərbaycanda 40 ilin məhkumu həbsdə ölüb
Azərbaycanda 40 ilin məhkumu həbsdə ölüb12-11-2018, 17:43 |
![]() Azərbaycanda məhkum ölüb. Rubrika.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, 1953-cü il təvəllüdlü Nəriman Mahmud oğlu Mahmudov xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, N.Mahmudov 40 il həbs həyatı yaşayıb. Belə ki, o, bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Sonuncu həbsi zamanı məlum olub ki, N.Mahmudov əvvəllər törətdiyi cinayət əməllərinə görə, ümumilikdə 37 il məhkumluq həyatı yaşayıb. Rubrika.Az Geri qayıt |