Əsas Səhifə > Hadisə > Bələdiyyə sədrinə cinayət işi açıldı
Bələdiyyə sədrinə cinayət işi açıldı12-11-2018, 18:24 |
|
Göygöl rayonu Zurnabad bələdiyyəsinin sabiq sədri Vəliyev Daşqın Avsəddin oğluna cinayət işi açılıb. Rubrika.Az Oxu.Az-a istinaden verdiyi xəbərə görə, D.Vəliyev öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda dələduzluq edərək ziyan vurub. Eyni zamanda, ona etibar edilmiş külli miqdarda bələdiyyə əmlakını mənimsəyib. Bu faktlara görə, D.Vəliyev barəsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanılıb. Rubrika.Az Geri qayıt |