Əsas Səhifə > Hadisə > Baş Qərargah rəisi müşavirə keçirdi, məruzələri dinlədi - VİDEO

Baş Qərargah rəisi müşavirə keçirdi, məruzələri dinlədi - VİDEO


12-11-2018, 19:36
Baş Qərargah rəisi müşavirə keçirdi, məruzələri dinlədi - VİDEO

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunlarının (KQHO) keçirilməsi ilə bağlı rəhbər heyətlə müşavirə keçirib.

Müdafiə Nazirliyinin saytında bildirilir ki, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, KQHO planına əsasən Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissələri həyəcan siqnalı ilə qaldırılaraq qoşunlar tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Müşavirə zamanı əsas, ehtiyat və qoşunların komanda məntəqələri ilə birbaşa videobağlantı qurulub, PUA və digər texniki vasitələrin istifadəsi ilə şərti düşmənin müdafiəsinin ön xəttində və dərinliyindəki mövqelər və real şərait izlənilib.

General-polkovnik N.Sadıkov təlimlərin gedişi, həmçinin əməliyyat, kəşfiyyat, aviasiya, raket-artilleriya imkanları ilə bağlı məruzələri dinləyib və müvafiq tapşırıqlar verib.
Baş Qərargah rəisi müşavirə keçirdi, məruzələri dinlədi - VİDEO


Rubrika.Az
Geri qayıt