Əsas Səhifə > Hadisə > Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb, digərinin vəziyyəti ağırdır - FOTO
Bərdədə 2 piyadanı avtomobil vurub: biri ölüb, digərinin vəziyyəti ağırdır - FOTO12-11-2018, 20:42 |
|
Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rubrika.Az "Report"un Qarabağ bürosu-na istinaden verdiyi məlumata görə, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan iki nəfəri vurub. Hadisə zamanı piyadalardan biri ölüb, digəri isə ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. ![]() Rubrika.Az Geri qayıt |