Əsas Səhifə > Hadisə > Bakıda vətəndaşlara 8 min ağac tingi paylanıldı - FOTO
Bakıda vətəndaşlara 8 min ağac tingi paylanıldı - FOTO12-11-2018, 23:15 |
|
“Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib. Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb. Xatırladaq ki, 9 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılıb. 17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək. Rubrika.Az Geri qayıt |