Əsas Səhifə > Hadisə > Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı12-11-2018, 23:42 |
![]() CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,48 dollar/barel azdır. Rubrika.Az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 69,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,59 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti son qiyməti 66,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,31 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 67,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar/barel azdır. Rubrika.Az Geri qayıt |