Əsas Səhifə > Hadisə > Vətəndaşlar VAHİMƏDƏ: Parkdakı oturacaqlara qanlı şpris başlıqları sancılıb? - DİN-dən AÇIQLAMA
Vətəndaşlar VAHİMƏDƏ: Parkdakı oturacaqlara qanlı şpris başlıqları sancılıb? - DİN-dən AÇIQLAMA13-11-2018, 13:23 |
|
Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib. Rubrika.Az Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report” deyib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz instagram səhifəsində paylaşıb. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib. Rubrika.Az Geri qayıt |