Əsas Səhifə > Hadisə > Nazir müavini vəzifəsindən azad edildi

Nazir müavini vəzifəsindən azad edildi


13-11-2018, 18:22
Nazir müavini vəzifəsindən azad edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub.

Rubrika.Az Report-a istinadən məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti Əzizov Bəxtiyar Əsgər oğluna həvalə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib


Rubrika.Az
Geri qayıt