Əsas Səhifə > Hadisə > “Qadınların 65 yaşında pensiyaya çıxarılmasının səbəbini başa düşə bilmirəm”
“Qadınların 65 yaşında pensiyaya çıxarılmasının səbəbini başa düşə bilmirəm”14-11-2018, 18:21 |
![]() “Biz pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdik. Pensiyaya çıxmağın yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik. Bəs bu, dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı?” Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov bu fikirləri parlamentdəki müzakirələrdə söylədi. O dedi ki, aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi yoxdur: “Ona görə də hesab edirəm ki, “Pensiya sistemi haqqında” qanuna yenidən baxmağa çox böyük ehtiyac var. Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Elə ölkələr var ki, bir pensiyaçıya bir işləyən şəxs düşür. Azərbaycanda bir nəfər pensiyaçıya 3 nəfər işçi düşür. Amma biz buna baxmayaraq, pensiya yaşını artırdıq. Hətta qadınların 65 yaşında pensiyaya çıxarılmasının səbəbini başa düşə bilmirəm”. Rubrika.Az Geri qayıt |