Əsas Səhifə > Hadisə > Bakıda daha bir piyada yol qəzasının qurbanı oldu
Bakıda daha bir piyada yol qəzasının qurbanı oldu14-11-2018, 20:47 |
![]() Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 13-də saat 18 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Nahid Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Faktla bağlı Binəqədi RPİ tərəfindən araşdırma aparılır. Rubrika.Az Geri qayıt |