Əsas Səhifə > Hadisə > Sabahdan məktəblərdə payız tətili başlayır
Sabahdan məktəblərdə payız tətili başlayır15-11-2018, 16:30 |
![]() Sabahdan, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə payız tətili başlayır. Rubrika.Az "Report"a istinadla xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edir. Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2019-cu il tarixlərində olacaq. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir. Rubrika.Az Geri qayıt |