Əsas Səhifə > Hadisə > Akif Çovdarovun cinayət işində adı keçən şəxsin oğlu da hakim qarşısındadır

Akif Çovdarovun cinayət işində adı keçən şəxsin oğlu da hakim qarşısındadır


15-11-2018, 18:19
Akif Çovdarovun cinayət işində adı keçən şəxsin oğlu da hakim qarşısındadır

Adı Akif Çovdarovun cinayət işində keçən şəxsin oğlu da hakim qarşısına çıxarılıb.

Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, "Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin sədri olmuş Cahangir Alışovun oğlu Samir Alışov və şirkətin əməkdaşı Elçin Əsədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bildirək ki, Cahangir Alışov hazırda həbsdədir. O, bir evi bir neçə nəfərə satmaq ittihamı ilə həbs edilib.

Cahangir Alışov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınmışdı. Amma Bakı Hərbi Məhkəməsinin hökmü ilə C.Alışovun zərərçəkmiş kimi tanınmasına xitam verildi.

C.Alışovun oğlu və şirkət işçisinin cinayət işi isə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Bu gün hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmənin baxış iclası noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, S.Alışov və E.Əsədov bir mənzili təkrarən başqa şəxslərə sataraq dələduzluq etməkdə təqsirli bilinirlər. Bu iş üzrə 22 zərərçəkmiş var.


Rubrika.Az
Geri qayıt