Əsas Səhifə > Hadisə > “Kimdənsə istifadə etməkdən söhbət gedə bilməz” – Oksanadan Elşad Xose açıqlaması
“Kimdənsə istifadə etməkdən söhbət gedə bilməz” – Oksanadan Elşad Xose açıqlaması15-11-2018, 20:32 |
![]() Rəqqasə Oksana Rəsulova ana olduqdan sonra ilk dəfə kamera qarşısına keçib. Xəstəxana reklamında rol alan Oksana öz həyatını oynayıb. O, aktyor Elçin Əfəndiyev ilə illərlə övlad sahibi ola bilməyən cütlüyü canlandırıb. Diqqət çəkən məqam isə Rəsulovanın keçmiş həyat yoldaşı Elşad Xose ilə toy fotosundan istifadə edib. Sadəcə olaraq fotoşopla Elşadın başının yerinə aktyorun başının fotosu yerləşdirilib. Sözügedən görüntülər birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirə edilib. Bəziləri onun Xosedən istifadə etdiyini iddia edib. Oksana musavat.com-a açıqlamasında iddialara aydınlıq gətirib: “Bizə toy görüntüsü lazım idi. Bir neçə şəkildən o seçildi, çünki ikimiz də düz baxırdıq. Böyüdülməsi nə isə yoxdur. O şəxsin üzündən istifadə etməmişik. Kimdənsə istifadədən söhbət gedə bilməz”. Qeyd edək ki, Oksana Rəsulova avqust ayında ana olub. O ana olmamışdan öncə bir il əvvəl gizli ailə qurduğunu açıqlamışdı. ![]() Rubrika.Az Geri qayıt |