Əsas Səhifə > Hadisə > Ülviyyə: "Pul yığmağa çıxmamışam"

Ülviyyə: "Pul yığmağa çıxmamışam"


16-11-2018, 12:25
Ülviyyə: "Pul yığmağa çıxmamışam"

Aktrisa Ülviyyə Əliyevanın evi qarət olunandan sonra ATV-də aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan "BizimləSən" verilişinə çıxması sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bir çoxları onu həmkarı Tünzalə Əliyeva kimi xalqdan kömək istəyəcəyini qeyd ediblər.

Rubrika.Az-ın Metbuat.az-a istinadən məlumatına görə, bu gün yenidən sözügedən verilişə qatılan aktrisa haqqında yazılanlara münasibət bildirib.

Ülviyyə Əliyeva ünvanına deyilən sözlərə belə cavab verib:

"Bu, çox həssas mövzudur. Sizin verilişə çıxandan sonra o dəqiqə başladılar ki, "hə, indi bunun üçün pul yığaq". Mən heç kəsdən pul istəmirəm. 17 yaşımdan işləmişəm, halal zəhmətimlə 4 ailə saxlamışam. Bu gün yoldaşım da, mən də ailələr saxlayırıq. Mən pul yığmaq üçün çıxmamışam".

Rubrika.Az
Geri qayıt