Əsas Səhifə > Hadisə > Pensiyaçılara müjdə: 35 faiz artım olacaq

Pensiyaçılara müjdə: 35 faiz artım olacaq


17-11-2018, 18:12
Pensiyaçılara müjdə: 35 faiz artım olacaq

Pensiya təyinatının avtomatlaşdırılması pensiya sistemində inqilabi dəyişikliyə səbəb olacaq.

Rubrika.Az Oxu.Az-a istinaden məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir deyib ki, insanlar artıq pensiyaya çıxanda bürokratik əngəllərə məruz qalmadan işlərini həll edəcəklər:

“Yanvarın birindən 67 min insan elektron sistem vasitəsilə pensiya alacaq. Bu, bir saatda baş verəcək”.

S.Babayev 38 min insanın pensiya hüququnun yaranacağını vurğulayıb:

“Onların bu gün aldığı müavinət 48 faiz artacaq. 93 min insanın gəlirlərində 48 faiz artım olacaq”.

Nazirin sözlərinə görə, 45 min 500 insanın pensiyası isə 35 faiz artacaq.


Rubrika.Az
Geri qayıt