Əsas Səhifə > Hadisə > Azərbaycan vətəndaşı Qazaxıstanda qaçaqmalçılığa görə saxlanıldı

Azərbaycan vətəndaşı Qazaxıstanda qaçaqmalçılığa görə saxlanıldı


17-11-2018, 18:23
Azərbaycan vətəndaşı Qazaxıstanda qaçaqmalçılığa görə saxlanıldı

Aktau Beynəlxalq Hava Limanında zərgərlik məmulatlarını qanunsuz yolla aparmağa çalışan Azərbaycan vətəndaşı saxlanılıb.

Rubrika.Az 4.kz saytına istinadən xəbər verir ki, o, təxminən 30 min ABŞ dolları dəyərində qızıl və gümüş zinət əşyalarını gömrük nəzarətindən gizlədib.

Xəbərdə Azərbaycan vətəndaşının Qazaxıstan tərəfinə üç mln. tenqe (8150 dollar) ziyan vurduğu bildirilir.

Araşdırmalar zamanı Azərbaycan vətəndaşı təqsini etiraf edib.Onun qaçaqmalçılıq yolu ilə sərhəddən keçirmək istədiyi qızıl və gümüş müsadirə olunub.


Rubrika.Az
Geri qayıt