Əsas Səhifə > Hadisə > Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB

Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB


17-11-2018, 21:38
Azərbaycan yığması Farer adaları ilə oyunda hesabı artırıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan yığması Bakıda Farer adaları millisi ilə görüşdə hesabı artırıb.

Rubrika.Az “Report”a istinaden xəbər verir ki, matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb.

***21:25
Azərbaycan yığması Bakıda UEFA Millətlər Liqası çərçivəsində növbəti oyununu keçirir.

Rubrika.Az “Report”a istinaden xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Farer adaları komandasını qəbul edir və oyunda artıq hesab açılıb.

Matçda hələ ki, yeganə qolu millinin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, oyunun 18-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu birbaşa qapıya vurub və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub – 1:0.


Rubrika.Az
Geri qayıt