Əsas Səhifə > Hadisə > Salyanda 53 yaşlı velosipedçini maşın vurdu

Salyanda 53 yaşlı velosipedçini maşın vurdu


17-11-2018, 23:48
Salyanda 53 yaşlı velosipedçini maşın vurdu

Bu gün axşam saatlarında Salyan şəhərində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az Virtualaz.org-un Şirvan bürosu-na istinaden məlumatına görə, Ələt-Astara avtomobil yolunun Salyan şəhərində yerləşən “Ay işığı “ marketinin qarşısından keçən 59 –cü km-də Salyan şəhərinin 20 Yanvar küçəsinin sakini, 1965-ci ildə anadan olmuş Azər İsmayıl oğlu İsmayılov velosipedlə çörək almağa gedərkən onu Salyan şəhər sakininin idarə etdiyi avtomobil vurub. Xəsarət almış velosipedçi baş-beyin silkələnməsi diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt