Əsas Səhifə > Hadisə > BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?


19-11-2018, 12:20
BDU-nun giriş-çıxışı bağlandı: Abel Məhərrəmov həbs olunur?

Abel Məhərrəmovun işdən çıxarılmasından sonra Bakı Dövlət Universitetində total yoxlamalar başlayıb.

Rubrika.az yenicag.az-a istinadən xəbər verir ki, ötən gündən etibarən ali təhsil ocağına giriş-çıxış bağlanılıb, hər tərəf möhürlənib.

Yoxlamaları bir neçə qurumun ortaq apardığı bildirilir.

Yoxlamaya gələn şəxslər işdən çıxarılan rektor Abel Məhərrəmovun 19 illik fəaliyyətini təftiş edirlər. Giriş-çıxışa məhdudiyyət qoyulmasının səbəbi isə binadan hər hansı bir sənədin çıxarılma ehtimalının qarşısını almaqdan ibarətdir.

Yoxlamalar nəticəsində ciddi həbslərin olacağı gözlənilir.

Rubrika.az
Geri qayıt