Əsas Səhifə > Hadisə > Yeni ildə neçə gün istirahət edəcəyik? - TƏQVİM

Yeni ildə neçə gün istirahət edəcəyik? - TƏQVİM


19-11-2018, 13:38
Yeni ildə neçə gün istirahət edəcəyik? - TƏQVİM

Azərbaycanda Yeni il bayramında beş gün qeyri-iş günü olacaq.

Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2019-cu ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı ilə əlaqədar iş olmayacaq.

Bundan əlavə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf edir. Bu səbəbdən ölkədə dekabrın 29-dan yanvarın 2-si də daxil olmaqla, ardıcıl beş gün iş olmayacaq.

Yanvarın 3-ü, cümə axşamı Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

Rubrika.Az
Geri qayıt