Əsas Səhifə > Hadisə > Erməni politoloqları Paşinyana yerini göstərən Belarusa qarşı qəzəblərini ifadə etdilər
Erməni politoloqları Paşinyana yerini göstərən Belarusa qarşı qəzəblərini ifadə etdilər19-11-2018, 16:35 |
![]() Xəbər verildiyi kimi, Ermənistan və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) iki “müttəfiqi” Belarus və Qazaxıstan arasında münaqişə Nikol Paşinyanın son bəyanatından sonra olduqca kəskinləşib. Xatırladaq N. Paşinyan noyabrın 16-da İrəvanda bir reabilitasiya mərkəzindən çıxışında jurnalistlərin suallarına cavab verərkən KTMT baş katibliyi məsələsinə də toxunub və Belarus prezidenti Aleksandr Lukaşenkonun problemi Azərbyacanın səfiri Lətif Qəndilovla müzakirə etməsindən narazılığını dilə gətirib. Ermənistan baş naziri buna görə nəinki A.Lukaşenkodan, hətta növbəti baş katibin Belarus nümayəndəsinin olacağını qətiliklə bildirən Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcəyini söyləyib. Rubrika.Az Musavat.com-a istinadla bildirir ki, Ermənistan baş nazirinin sözlərinə cavab Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz tərəfindən gəlib. A. Qlaz Paşinyanın özündə hamını ittiham etmək hüququ görən beynəxlaq prokuror kimi apardığını söyləyib. Belarus rəsmisi erməni baş nazirə küçə demokratiyası qaydalarının böyük siyasətdə keçmədiyini də xatırladıb. Görünür, Nikol Paşinyanın çıxışına Belarusdan XİN-in mətbuat katibi səviyyəsində reaksiya verilməsi, habelə Anatoli Qlazın sözləri erməniləri özündən əməlli-başlı çıxarıb. “Ermənistan ümumiyyətlə hansı səbəbdən KTMT-də qaldığını aydınlaşdırmalıdır”,-deyə Siyasi və beynəlxalq münasibətlər mərkəzinin eksperti Ruben Mehrabyan bildirir. “Nə təşkilatın, nə müqavilənin, nə kollektivliyin, nə də təhlükəsizliyin olmadığı KTMT niyə belə adlanır və biz orda nə gəzirik, buna aydınlıq gətirilməlidir”,-deyə Ruben Mehrabyan yerli mətbuata bildirib. Onun sözlərinə görə, Rusiya, Belarus və Qazaxıstan kimi dövlətlərin təşkilata nə dərəcədə ciddi yanaşdıqları bilinmir. “Əgər təşkilat daxilindəki münaqişələr dərinləşsə, Ermənistan KTMT-nin təhdidləri dəf edə biləcək hərbi alyans olmadığını açıq şəkildə söyləyə bilər”,-deyə erməni politoloq qeyd edib. “Yuri Xaçaturovun baş katib postundan geri çağırılmasının müttəfiqləri narazı salacağı gözlənilirdi. Lakin müttəfiq həm də onun üçündür ki, həm anlayış göstərsin, həm də bağışlasın”,- deyə Ermənistan Dövlət idarəçilik akademiyasının regional araşdırmalar mərkəzinin eksperti Conni Məlikyan olanları şərh edir. Onun sözlərinə görə, rəsmi Minsk nümayəndəsinin bu cür kəskin çıxışı Belarus və Ermənistanın müttəfiq olmadığını göstərir. Erməni politoloqu yandıran digər məsələ Paşinyana Belarusun Xarici İşlər Nazirliyi tərəfindən cavab verilməsidir. “Nikol Paşinyana Belarus prezidenti reaksiya göstərməli idi. Buna qədər isə o, Azərbaycan səfirinin qarşısında hesabat verməməliydi”,-deyə Conni Məlikyan acığını ifadə edib. Digər politoloq, Akop Bədəlyan isə N.Nazarbayev və A.Lukaşenkonu KTMT-dəki “agentlər” adlandırıb. “Bu adamlar təşkilatın maraqlarına deyil, Azərbaycanın xeyrinə çalışırlar. Azərbaycan isə hələ üzdə görünən tərəfdir. Onun arxasında Türkiyə və İsrail dayanır. Heç Rusiya özü də burada birinci dərəcəli rol oynamır”- deyə Bədəlyan belə bir iddia ilə çıxış edib. Akop Bədəlyanın fikrincə, Ermənistan bu mövqeyi ilə əslində Rusiyanı situasiyadan çıxarır: “Çünki rəsmi Moksva bu və ya digər səbəblərdən konkret məsələləri birbaşa Lukaşenko və Nazarbayevin önünə qoya bilmir”. Rubrika.Az Geri qayıt |