Əsas Səhifə > Hadisə > İranda bahalaşma davam edir

İranda bahalaşma davam edir


19-11-2018, 19:11
İranda bahalaşma davam edir

ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra ölkədə ərzaq malları ilə yanaşı, meyvə-tərəvəz məhsullarının qiymətlərində və xidmət sektorunda bahalaşma qeydə alınıb.

Rubrika.Az AZƏRTAC-a istinaden xəbər verir ki, ötən həftə ərzində istixana pomidorunun qiyməti 110 min riala (2,61 dollar), xiyarın isə 65 min riala (1,54 dollar) çatıb. İranın Meyvə-Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar jurnalistlərə bildirib ki, meyvə tərəvəzin qiyməti 29 faiz bahalaşıb. Onun sözlərinə görə, bu dövrdə tarla məhsulları sovuşur və bazara istixanalarda yetişdirilən məhsullar çıxarılır. Bu da bahalaşmanın əsas səbəbidir. Bunlarla yanaşı, İran bazarlarında satılan xurma, püstə, digər çərəz növlərinin və ədvaların da qiymətində bahalaşma müşahidə edilir. İctimai nəqliyyatda qiymətlər sabit qalsa da, taksi xidmətində qiymətlər artıb


Rubrika.Az
Geri qayıt