Əsas Səhifə > Müsahibə > Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək
Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək20-11-2018, 10:48 |
|
Sabah Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Rubrika.Az Geri qayıt |