Əsas Səhifə > Hadisə > Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs hakim qarşısında
Vətəndaşı rüşvət verməyə təhrik edən şəxs hakim qarşısında20-11-2018, 18:25 |
![]() Sabiq polis əməkdaşı hakim qarşısına çıxarılıb. Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Sərxan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 27-nə təyin edilib. Qeyd edək ki, Sərxan Sadıqov "Bakı Metropoliten"ində polis əməkdaşı vəzifəsində çalışıb. Məlumata görə, o, Sədrəddin Kərimov və Xəyyam Səfərzadəyə istədikləri setiyada maşın nömrəsi alacağını vəd edib. Bu əməli ilə həmin şəxslərə 17 min manata yaxın ziyan vurub. Həbs edilən S.Sadıqov Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Rubrika.Az Geri qayıt |