Əsas Səhifə > Hadisə > Şəkidə 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb
Şəkidə 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb20-11-2018, 22:44 |
![]() Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb. Rubrika.Az “Report”un Şəki-Zaqatala bürosu-na istinaden məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində baş verib. Belə ki, “VAZ 2106” markalı minik avtomobili yolu keçmək istəyən uşağı vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sürücünün və uşağın şəxsiyyətini dəqiqləşdirir. Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |