Əsas Səhifə > Müsahibə > Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir21-11-2018, 11:24 |
|
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakıda Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Müdafiə naziri bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir: "Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək". Rubrika.Az Geri qayıt |