Əsas Səhifə > Hadisə > Sumqayıtda top mərmiləri aşkarlandı - FOTO

Sumqayıtda top mərmiləri aşkarlandı - FOTO


21-11-2018, 21:18
Sumqayıtda top mərmiləri aşkarlandı - FOTO

Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisində yeddi top mərmisi aşkar olunub.

Rubrika.Az xeber verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisinə baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 7 ədəd top mərmisi aşkar olunub. Üç ədəd mərminin daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 4 ədəd mərminin daşınması təhlükəli olduğu üçün növbəti iş günündə yerində zərərsizləşdirilməsi nəzərdə tutulur.
Sumqayıtda top mərmiləri aşkarlandı - FOTO
Sumqayıtda top mərmiləri aşkarlandı - FOTO
Sumqayıtda top mərmiləri aşkarlandı - FOTO
Sumqayıtda top mərmiləri aşkarlandı - FOTO


Rubrika.Az
Geri qayıt