Əsas Səhifə > Hadisə > Putin səudiyyəli şahzadə ilə neft bazarındakı durumu müzakirə edəcək

Putin səudiyyəli şahzadə ilə neft bazarındakı durumu müzakirə edəcək


21-11-2018, 21:53
Putin səudiyyəli şahzadə ilə neft bazarındakı durumu müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşə bilər.

Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, görüşün Argentinada G-20 sammiti çərçivəsində baş tutacağı gözlənilir.

Putinin mətbuat katibi Dmitri Peskov görüşdə neft bazarındakı durumun müzakirə edildiyini istisna etməyib.

“Hansı məsələlərin müzakirə ediləcəyini bilmirəm. Hərçənd bu mövzuda fikir mübadiləsinin baş tutacağını istisna etmək olmaz”, - deyə o vurğulayıb.


Rubrika.Az
Geri qayıt