Əsas Səhifə > Hadisə > Xalxalda ölüm - Ovçu təsadüfən özünü "ovladı"

Xalxalda ölüm - Ovçu təsadüfən özünü "ovladı"


21-11-2018, 22:10
Xalxalda ölüm - Ovçu təsadüfən özünü "ovladı"

İranın Ərdəbil vilayətinin Xalxal rayonunda ovçu öz tüfənginin gülləsinə tuş gələrək ölüb.

Rubrika.Az Trend-e istinaden məlumatına görə, hadisə kəklik ovu zamanı baş verib.

Xalxal qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əhməd Qənbəri deyib ki, 43 yaşlı ovçu 4 yoldaşı ilə birlikdə ova gedib.Ov zamanı qəfildən hündürlükdən dərəyə yıxılıb:

"Yıxılarkən öz tüfəngindən atəş açılıb. Yoldaşları onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb".


Rubrika.Az
Geri qayıt