Əsas Səhifə > Dünya > Türkiyədə cənazə aparan maşın aşdı: yeddi ölü, 15 yaralı

Türkiyədə cənazə aparan maşın aşdı: yeddi ölü, 15 yaralı


22-11-2018, 14:54
Türkiyədə cənazə aparan maşın aşdı: yeddi ölü, 15 yaralı

Bu gün sabah saatlarında Türkiyənin Malatya əyalətinin Darende rayonunda dəhşətli yol qəzası baş verib.

Rubrika.Az “Hürriyet”ə istinadən xəbər verir ki, sərnişin avtobusunun yarğana aşması nəticəsində yeddi nəfər ölüb, 15 nəfər yaralanıb.

Avtobusun sərnişinlərinin İstanbuldan Malatyaya göndərilən cənazə sahibləri olduğu bildirilir.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Rubrika.az
Geri qayıt