Əsas Səhifə > Hadisə > Azərbaycan beynəlxalq foruma dəvət edilməyib?
Azərbaycan beynəlxalq foruma dəvət edilməyib?22-11-2018, 15:40 |
|
Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb. Rubrika.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva bildirib ki, məsələ Azərbaycanın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır: “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır”. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Trend-ə bildirilib ki, təşkilat sözügedən məsələni araşdırmaqla məşğuldur. Rubrika.Az Geri qayıt |