Əsas Səhifə > Hadisə > Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi

Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi


23-11-2018, 11:56
Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan məşhur erməni terrorçu Jirayr Səfilyana Ermənistan vətəndaşlığı verib.

Rubrika.Az Axar.az-a istinadla bildirir ki, bu məlumatı Paşinyan öz Feysbuk səhifəsində paylaşıb.

“Dünən Jirayr Səfilyana Ermənistan vətəndaşlığının verilməsiylə bağlı bütün sənədləri imzaladım. Qərar Ermənistan prezidentinin onu təsdiqləməsindən sonra qüvvəyə minəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Səfilyan əslən Livan ermənisidir. O, gəncliyini Beyrutda keçirib, Livandakı Daşnaksütyun Partiyasının fəal üzvlərindən biri olub. 1990-cı ildə Ermənistana hərbi təlimçi kimi gəlib və Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Səfilyan Şuşa, Ağdam, Kəlbəcərin işğalında yaxından iştirak edib.

Səfilyanın rəhbərliyi altında olan şəxslər 2016-cı ildə Ermənistanda polis idarəsini zəbt edərək, onun azadlığa buraxılmasını tələb ediblər.

Səfilyan hazırda Sasna Çrer Partiyasının rəhbəridir.

Rubrika.Az
Geri qayıt