Əsas Səhifə > Müsahibə > Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib

Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib


23-11-2018, 12:00
Baş nazir iki yeni qurumun nizamnamə və strukturunu təsdiqləyib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin nizamnamələrinin və strukturlarının təsdiq edilib.

Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin nizamnamələri strukturları təsdiq edilib.

Həmçinin Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxsin xüsusi təyinatlı “CASPIAN STAR” gəmisinin və “VEGA” sürətli katerinin heyət üzvlərinin aylıq vəzifə maaşları təsdiq edilir.

Rubrika.az
Geri qayıt