Əsas Səhifə > Hadisə > Ermənistanda parlament seçkiləri ilə bağlı rəy sorğusunun nəticələri açıqlanıb: Paşinyanın partiyası irəlidədir

Ermənistanda parlament seçkiləri ilə bağlı rəy sorğusunun nəticələri açıqlanıb: Paşinyanın partiyası irəlidədir


23-11-2018, 19:34
Ermənistanda parlament seçkiləri ilə bağlı rəy sorğusunun nəticələri açıqlanıb: Paşinyanın partiyası irəlidədir

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı keçirilən rəy sorğusunda Nikol Paşinyanın “Mənim addımım” bloku böyük fərqlə üstün görünür.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, “GALLUP International Association”nın keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 68,3%-i “Mənim addımım” blokuna səs verəcəklərini bildiriblər.

Nəticələr “GALLUP”-un Ermənistandakı nümayəndəsi Aram Navasardyan tərəfindən bu gün keçirilən mətbuat konfransında açıqlanıb.

Rəy sorğusunda milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası 6,7% səslə ikinci yerdə görünür.

Sorğuda rəyi soruşulanların 1,5%-i Serj Sərkisyanın Ermənistan Respublika Partiyasına, 1,2%-i “İşıqlı Ermənistan” partiyasına, 1%-i isə daşnaklara səs verəcəklərini söyləyiblər.

Respondentlərin 70,9%-i seçkidə mütləq iştirak edəcəyini bildirib. 8,9% seçicinin isə ümumiyyətlə, seçki məntəqələrinə getməyəcəyi ortaya çıxıb.


Rubrika.Az
Geri qayıt