Əsas Səhifə > Hadisə > Putin Həbib Nurməhəmmədova: İstənilən vaxt zəng edə bilərsən
Putin Həbib Nurməhəmmədova: İstənilən vaxt zəng edə bilərsən23-11-2018, 20:27 |
|
Rusiya prezidenti Vladimir Putin MMA döyüşçüsü Həbib Nurməhəmmədova telefon nömrəsini verib və istənilən vaxt zəng edə biləcəyini deyib. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bunu H. Nurməhəmmədovun avtobioqrafiya kitabının həmmüəllifi Zaur Qurbanov bildirib. O, Putinin Nurməhəmmədova UFC çempionatının final döyüşündən sonra zəng etdiyini deyib. “Vladimir Vladimiroviç döyüşü izləyirdi. O bu sözləri dedi: “Səninlə fəxr edirik, təxribatlara önəm vermə. Əgər nə isə olsa, istənilən vaxt bu nömrəyə zəng edə bilərsən. Başını dik tut. Böyük məmnuniyyətlə səni qonaq gözləyirəm”, - deyə Z. Qurbanov bildirib. Rubrika.Az Geri qayıt |