Əsas Səhifə > Hadisə > "Samsung" şirkəti üzr istədi...- Səbəb isə...
"Samsung" şirkəti üzr istədi...- Səbəb isə...24-11-2018, 20:48 |
![]() Cənubi Koreyanın elektronika nəhəngi Samsung fabriklərindən işlədikdən sonra xərçəng və digər ağır xəstəliklərə yaxalanan işçiləri və onların ailələrindən üzr istədi. Bu barədə musavat.com xarici KİV-ə istinadən məlumat verir. 118 işçinin həyat üçün təhlükəli müxtəlif kimyəvi maddələrlə təmas halında olduqları üçün öldüyü bilinir. "Samsung" şirkətinin Idarə Heyətinin həmsədri Kim Ki-Nam qurbanlar və onların ailələrinə yaşanan bu hadisədən dərin kədər hissi duyduqlarını və şirkətin təhlükəsizlik məsələsinə ötəri yanaşdıqlarını bildirdi. Samsung şirkəti daha əvvəllər, 1980 illərin ortalarından etibarən fabriklərində çalışan işçilərin adambaşına 133 min dollara qədər təzminat istəyə biləcəklərini təsdiqləyib. "Üzr istəmək kifayət deyil amma qəbul edəcəyik" Həyatını itirənlərin yaxınlarının qurduğu qrupun lideri "Samsung" şirkətinin üzrünün kifayət etmədiyini amma yenə də qəbul edəcəklərini bildirdi. Onu da qeyd edək ki, şirkətin ödədiyi təzminat xərçəng, digər ağır xəstəliklər, işçilərin uşağını itirməsi halında ödənilir Rubrika.Az Geri qayıt |