Əsas Səhifə > Hadisə > Hindistanda faciə: Onlarla ölü

Hindistanda faciə: Onlarla ölü


24-11-2018, 21:57
Hindistanda faciə: Onlarla ölü

Hindistanın cənubunda sərnişin avtobusu kanala yuvarlanıb.

Rubrika.Az Oxu.Az-a istinaden verdiyi xəbərə görə, qəza nəticəsində 30 nəfər, o cümlədən 5 uşaq həlak olub.

Sərnişinlərdən yalnız 4 nəfəri xilas etmək mümkün olub.

Şahidlərin sözlərinə əsasən, sürücü idarəetməni itirdikdən sonra avtobus yoldan çıxıb.

Nəqliyyat vasitəsi qəzadan sonra kanalın dibinə yanı üstə düşüb. Nəticədə qapılar kilidlənib və əksər sərnişinlər həlak olublar.


Rubrika.Az
Geri qayıt