Əsas Səhifə > Hadisə > Öldürülən kriminal avtoritet Əli Kərimlinin qohumudur
Öldürülən kriminal avtoritet Əli Kərimlinin qohumudur26-11-2018, 12:50 |
![]() Xəbər verdiyimiz kimi, ötən gün Saatlı rayonunun Azadkənd kəndində kriminal avtoritet Əkbərov Oktay Saleh oğlu odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Məlum olub ki, 1967-ci il təvəllüdlü O.Əkbərovu qardaşı oğlu, 22 yaşlı Saleh Əkbərov öldürüb. Qətlin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Cinayəti törədən şəxs tutularaq istintaqa cəlb olunub. Rubrika.Az-ın Azvision.az-a istinadən əldə etdiyi məlumata görə, öldürülən kriminal avtoritet Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin qohumudur. Faktı kənd sakinləri təsdiq ediblər. Bildirilib ki, uzun illər Rusiyada həbsdə olan O.Əkbərov Əli Kərimlinin əmisinin baldızı oğludur. Qeyd edək ki, O.Əkbərovun meyiti özünə məxsus “BMV” markalı avtomobildə aşkar edilib. O, dəfələrlə məhkumluq həyatı yaşayıb. Bir neçə ay əvvəl Rusiyada həbsdən çıxdıqdan sonra Azadkəndə qayıdıb. Rubrika.Az Geri qayıt |