Əsas Səhifə > Hadisə > İdmançını öldürən ata və oğlun məhkəməsində dava düşdü
İdmançını öldürən ata və oğlun məhkəməsində dava düşdü26-11-2018, 15:16 |
|
Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Bu zaman məhkəmə zalında Əhəd İsmayılovun qohumu İkram Abdullayevlə zərərçəkmiş şəxsin qohumları arasında mübahisə düşüb. Mübahisəyə səbəb zərərçəkmiş şəxsin qohumlarının vəkilə etiraz etməsi olub. Məhkəmə iclası bu səbəbdən sabahadək təxirə salınıb. Sumqayıt şəhəri, 21-ci məhəllədə şəhər sakini - 1992-ci il təvəllüdlü Rasif Həbibov və 1988-ci il təvəllüdlü Samir Dadaşov bıçaqlanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib. Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ramil və Əhəd İsmayılovlar saxlanılıb. Məlumatda qeyd edilir ki, hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub. Qeyd edək ki, Rasif Həbibov idmançı olub. Rubrika.az Geri qayıt |