Əsas Səhifə > Hadisə > Səfər Əbiyevin prokuror oğlu işdən çıxarıldı

Səfər Əbiyevin prokuror oğlu işdən çıxarıldı


26-11-2018, 16:40
Səfər Əbiyevin prokuror oğlu işdən çıxarıldı

Azərbaycanın sabiq müdafiə nazirinin oğlu işdən çıxarılıb.

Rubrika.az-ın Report-a istiandən məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Xəzər rayon prokurorunun köməkçisi vəzifəsində çalışan Roman Əbiyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əbiyev Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyevin oğludur.

Rubrika.az
Geri qayıt