Əsas Səhifə > Hadisə > Masallıda DAİM açıldı
Masallıda DAİM açıldı27-11-2018, 19:59 |
|
Bu gün Masallıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin ( DAİM) açılışı olub. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, mərkəzin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib. O bildirib ki, məqsəd bütün kənd təsərrüfatı xidmətlərinin vahid bir mərkəzdən göstərilməsidir : “Mərkəzdə Kənd Təsərrüfatı Nazirliyinin 68 xidməti təqdim olunur. Əsas məqsəd fermerlərə və kəndlilərə xidmət göstərməkdir. Sloqanımız da belədir: daim xidmətinizdəyik”. Nazir həmçinin əlavə edib ki, 3 il ərzində 10 minə yaxın könüllülərdən ibarət proqramın icrası planlaşdırılır: “Hər bir DAİM mərkəzində könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır. “Aqrar sığorta haqqında” qanun layihəsi müvafiq qurumlara təqdim edilib”. Rubrika.Az Geri qayıt |