Əsas Səhifə > Hadisə > Paşinyan KTMT ölkələrinin Bakıya silah satmasından narahatdır
Paşinyan KTMT ölkələrinin Bakıya silah satmasından narahatdır27-11-2018, 20:22 |
|
[thumb]http://rubrika.az/uploads/posts/2018-11/1543335604_pashinyannn.jpg[/thumb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri bir-birinə öhdəliklərini aydınlaşdırmalıdır. Rubrika.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Vanadzor şəhərində keçirdiyi mitinqdə bildirib. “Bilirsiniz, son vaxtlar KTMT-də aktiv müzakirələr gedir. Bu müzakirələr müttəfiq ölkələrin bir-birinə qarşı mütləq öhdəlikləri ilə bağlıdır. Nəhayət, biz aydınlaşdırmalıyıq, kimə inanmaq olar, kimə olmaz. Yerevana aydın deyil ki, nəyə görə müttəfiq ölkələr Ermənistanın düşməninə (Azərbaycan-red.) silah satır. Biz müttəfiqlərimizlə bu məsələni ciddi müzakirə etmək istəyirik”, - deyə o vurğulayıb. Rubrika.Az Geri qayıt |