Əsas Səhifə > Hadisə > Paşinyanın müavini Lukaşenko ilə "bağlı qapılar" arxasında görüşdü

Paşinyanın müavini Lukaşenko ilə "bağlı qapılar" arxasında görüşdü


28-11-2018, 18:16
Paşinyanın müavini Lukaşenko ilə "bağlı qapılar" arxasında görüşdü

Ermənistanın baş nazirinin müavini vəzifəsini icra edən Ararat Mirzoyan Belorus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Rubrika.Az Musavat.com-a istinadən xəbər verir ki, görüş "bağlı qapılar" arxasında baş tutub.

Erməni mətbuatının yaydığı məlumata görə, görüşdə bir sıra məsələlər, o cümlədən KTMT baş katibliyi mövzusunun müzakirəsi “konstruktiv” keçib. Ermənistan hökumətinin mətbuat xidməti eyni zamanda Avrasiya İqtisadi Birliyinin hökumət başçılarının görüşünün dar çərçivədə toplantısının keçirildiyi barədə xəbər yayıb.

Mirzoyan deyib ki, 2019-cu ildə Ermənistan Avrasiya Birliyinə sədrliyi qəbul edəcək. Bununla yanaşı, 2019-cu ilin yayında qurumun toplantılarından birinin İrəvanda keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, İrəvanla Minsk arasında yaşanan gərginlikdən sonra Nikol Paşinyan Belorusda keçirilən toplantıya qatılmayaraq müavinini göndərmişdi. Belə aydın olur ki, KTMT-də baş katiblik postunu itirən Ermənistanın başının Avrasiya Birliyinə sədrliklə aldadılması barədə qərarı verilib.


Rubrika.Az
Geri qayıt